İngiltərədə monarxiyaya qarşı etiraz aksiyası keçirilib

İngiltərədə Birlik Günündə antimonarxistlər kral ailəsinə etiraz ediblər.

1959346
İngiltərədə monarxiyaya qarşı etiraz aksiyası keçirilib

TRT-nin xarici mediaya istinad etdiyi xəbərə görə paytaxt Londondakı Westminster Abbey Kilsəsində “Birlik Günü” münasibəti ilə mərasim təşkil edilib. İngiltərə kralı III Çarlzın da qatıldığı mərasim əvvəlində kilsənin qarşısına toplaşan nümayişçilər monarxiyanın ləğvini tələbi ilə aksiya keçiriblər.

Monarxiya əleyhinə “Respublika” təşviqat qrupunun təşkil etdiyi nümayişdə iştirak edənlər əllərində “Kral ailəsi irqçidir”, “Kral ailəsinə son”, “Kral ailəsini qov” yazılmış plakatlar qaldırıb və “Mənim kralım deyil” şüarları səsləndiriblər.

Etirazda iştirak edən “Respublika” qrupunun prezidenti Qraham Smit verdiyi müsahibədə biz hamımızın vətəndaş olduğumuz və heç kimin qanundan üstün olmadığı müasir, azad və ədalətli bir demokratiya kimi təmsil olunmalıyıq deyib.



Әlaqәli Xәbәrlәr