Cənubi Koreya ABŞ-dan ''F-35'' döyüş təyyarəsi alacaq

Cənubi Koreya Amerika Birləşmiş Ştatlarından təxminən 20 ədəd ''F-35'' döyüş təyyarəsi ilə gəmidən buraxılan və hava hədəflərinə qarşı istifadə edilən Standart Raket-6 (SM-6) alacaq.

1959142

''Yonhap'' xəbər agentliyinin yaydığı məlumata əsasən, Cənubi Koreyanın Müdafiə Satınalmaları Proqramı (DAPA) administrasiyası Şimali Koreyanın "artan hərbi təhdidləri" səbəbindən çəkindirmə qabiliyyətini artırmaq üçün müdafiə layihəsini təsdiqlədiyini açıqlayıb.
Sözügedən layihə çərçivəsində rəsmi  Seulun  daha 20-yə yaxın ''F-35'' döyüş təyyarəsi almağı planlaşdırdığı bildirilib.
DAPA  Amerika Birləşmiş Ştatlarının müdafiə texnologiyaları şirkəti Raytheon Technologies Corp tərəfindən  istehsal edilən ''SM-6'' raketləri ilə əlaqədar birinci mərhələnin satınalma planını təsdiqləyib.
Hazırda Cənubi Koreya Hərbi Hava Qüvvələri Komandanlığının inventarında 40 ədəd  ''F 35A'' təyyarəsi var.

Әlaqәli Xәbәrlәr