ABŞ-dan Meksikaya səyahət xəbərdarlığı

Amerika Birləşmiş Ştatlarının (ABŞ) Texas ştatının rəsmiləri ABŞ vətəndaşlarına təhlükəsizlik baxımından yaz tətili zamanı Meksikaya getməmək barədə xəbərdarlıq edib.

1958760
ABŞ-dan Meksikaya səyahət xəbərdarlığı

Texas İctimai Təhlükəsizlik Departamenti (DPS) narkotik kartellərinin törətdiyi zorakılığın Meksikaya keçən hər kəs üçün əhəmiyyətli təhlükə yaratdığını açıqladı.

DPS direktoru Steven McCraw bu ölkədə cərəyan edən hadisələrə və kartellərin fəaliyyətinə diqqət çəkərək: “Biz insanları bu müddət ərzində Meksikaya səyahət etməkdən çəkinməyə çağırırıq”.

 Xəbərdarlıq keçən həftə dörd amerikalının sərhədi keçdikdən qısa müddət sonra oğurlanmasından sonra edilib. Bu şəxslərdən 2-si öldürülüb, 2-si isə sağ-salamat buraxılıb. Bazarda paltar satmaq üçün Meksikaya gedən 3 ABŞ qadın isə 2 həftədən çoxdur itkin düşüb.



Әlaqәli Xәbәrlәr