Peruda hökumət əleyhinə keçirilən etiraz aksiyalarında 26 nəfər yaralanıb

Peruda hökumət əleyhinə keçirilən etiraz aksiyalarında nümayişçilər ilə təhlükəsizlik qüvvələri arasında baş verən qarşıdurmada 10-u əsgər olmaqla 26 nəfər yaralanıb.

1955193
Peruda hökumət əleyhinə keçirilən etiraz aksiyalarında 26 nəfər yaralanıb

Peruda hökumət əleyhinə keçirilən etiraz aksiyalarında nümayişçilər ilə təhlükəsizlik qüvvələri arasında baş verən qarşıdurmada 10-u əsgər olmaqla 26 nəfər yaralanıb.

Puno bölgəsində barikadalar quran və təkər yandıran nümayişçilər təhlükəsizlik qüvvələri ilə toqquşub.

Hadisələr nəticəsində  10 əsgər və 16 nümayişçi yaralanıb. Çox sayda  adam saxlanılıb.

Polis molotov kokteyli və daş atan nümayişçilərə gözyaşardıcı qaz və su şırnaqları ilə müdaxilə edib.

Paytaxt Limada həmkarlar ittifaqı nümayəndələri, tələbələr və yerli sakinlərlə polis arasında gərginlik yaşanıb.

Juli şəhərində etirazçılar polislə toqquşub və polis bölməsini yandırıblar.

Peru mətbuatının məlumatına görə, 2022-ci ilin 11 dekabr tarixindən etibarən nümayişlərdə ölənlərin sayı 64-ü, yaralıların sayı isə 1800-ü keçib.

Nümayişçilər prezident Dina Boluartenin istefa etməsini, Konqresin bağlanmasını və dərhal növbədənkənar seçkilərin keçirilməsini tələb edirlər.

Xatırladaq ki, Pedro Kastillo Konqresi buraxmaq və fövqəladə vəziyyət höküməti yaratmaq qərarından sonra saxlanılmışdı.
Onun saxlanılmasından sonra vitse-prezident Boluarte ölkənin yeni prezidenti kimi and içmişdi.
Pedro Kastilyonun dekabrın 7-də Konqres tərəfindən vəzifəsindən azad edilərək həbsxanaya göndərilməsindən sonra ölkədə etiraz aksiyaları başlamışdı.



Әlaqәli Xәbәrlәr