Kambocada quş qripi insan tələfatına səbəb olub

Kambocada quş qripinə (H5N1)  yoluxan 11 yaşlı qız müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

1950559
Kambocada quş qripi insan tələfatına səbəb olub

TRT-nin Kamboca Səhiyyə Nazirliyinin  məlumatına istinad etdiyi  xəbərə  görə,  Prey Veng şəhərinin kəndində yaşayan uşaq fevralın 16-da öskürək, boğaz ağrısı və 39 dərəcəyə qədər qızdırma şikayətləri ilə paytaxt Pnompendəki xəstəxanaya aparılıb. O  səhhiyə  mərkəzindəki bütün tibbi yardımlara  baxmayaraq həyatını itirib.

Qeyd olunur ki, sözügedən hadisə Kambocada 2014-cü ildən bəri ilk quş qripi hadisəsidir. Nazirlik həyatını itirən qızın yaşadığı bölgədəki çöl quşlarından nümunələr götürüldüyünü, ölü və ya xəstə quşlara toxunulmaması ilə bağlı xəbərdarlıq edildiyini açıqlayıb.

Kambocanın Səhiyyə naziri Mam Bunhengin sözlərinə  görə  quş qripi ev quşlarından yumurta toplayan uşaqlar üçün yüksək risk yaradır.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, 2003-2014-cü illərdə Kambocada 56 quş qripi hadisəsi qeydə alınıb, onlardan 37-si ölümlə nəticələnib.

 



Әlaqәli Xәbәrlәr