“Bu iş Türkiyənin əlindədir”, S.Niinistö

S.Niinistö İsveçin Harpsund şəhərində İsveçin baş naziri Ulf Kristersson və Norveçin baş naziri Qar (Gahr) Store ilə görüşüb

1950486
“Bu iş Türkiyənin əlindədir”, S.Niinistö

 

  Finlandiya prezidenti Sauli Niinistö İsveçlə eyni vaxtda NATO-ya daxil olmaq istədiklərini və bunun Türkiyənin əlində olduğunu bildirib.

  S.Niinistö İsveçin Harpsund şəhərində İsveçin baş naziri Ulf Kristersson və Norveçin baş naziri Qar (Gahr) Store ilə görüşüb. Görüşdən sonra təşkil edilən mətbuat konfransındakı çıxışında Finlandiya prezidenti deyib: "Finlandiyanın NATO-ya üzvlük prosesi İsveçlə birlikdə davam edir. Biz İsveçlə birlikdə NATO-ya daxil olmaq istəyirik. Amma bununla bağlı heç nə edə bilmərik, təsdiq Türkiyənin əlindədir. Türkiyənin hazırda nə düşündüyünü bilmirəm".

  İsveçin baş naziri U.Kristersson NATO-nun Türkiyə ilə danışıqlarının davam etdiyini bildirərək söyləyib: "Skandinaviya regionunun öz şərtləri var. Əməkdaşlığımız NATO-ya dərinlik qatacaq. İsveç və Finlandiya NATO üzvü olduqda, bölgəmiz NATO-nun ən şimal hissəsi olacaq".

  Norveçin baş naziri Qar Store da çıxışında Finlandiya və İsveçin NATO üzvlüyünü dəstəklədiyini və bu ölkələrin NATO-ya güc qatacaqlarını bildirərək deyib: "Getdikcə gözlənilməz hala gələn Rusiya Skandinaviya ölkələrinə qədər kiber və hibrid kimi fərqli və təhlükəli üsullardan istifadə edir. Ona görə ​​İsveç və Finlandiyanın NATO-ya üzv olması vacibdir".



Әlaqәli Xәbәrlәr