Almaniyada tətil səbəbilə bütün uçuşlar təxirə salındı

Almaniyanın “Lufthansa” aviaşirkəti tətil səbəbilə Frankfurt və Münhen hava limanlarından bu günə planlaşdırılmış  bütün reyslərin ləğv edildiyini bildirib.

1947540
Almaniyada tətil səbəbilə bütün uçuşlar təxirə salındı

TRT-nin   xarici KİV-ə istinad  etdiyi  xəbərə   görə  bu hava limanlarından olacaq 1300 reys ləğv edilib.

Buna görə digər hava limanlarında müxtəlif istiqamətlərdə reyslərin ləğvi və gecikmələri də gözlənilir.

“Lufthansa”dan verilən açıqlamada, ləğvlərdən təsirlənən sərnişinlərin əvvəlcədən məlumatlandırıldığı və sərnişinlərə alternativ rezervasiya təkliflərinin olduğu qeyd edilib. 

Açıqlamada, 18 fevral 2023-cü il şənbə günündən etibarən hava limanlarında müntəzəm uçuş əməliyyatlarının normala dönəcəyi bildirilib.



Әlaqәli Xәbәrlәr