Böyük Britaniya ilə Ukrayna arasında London Bəyannaməsi imzalanıb

Ukrayna prezidenti Volodimir Zelenski Londona gözlənilməz səfəri çərçivəsində Böyük Britaniyanın baş naziri Rişi Sunak ilə görüşüb.

1944294
Böyük Britaniya ilə Ukrayna arasında London Bəyannaməsi imzalanıb

Danışıq zamanı iki ölkə arasında əməkdaşlığı gücləndirmək məqsədi daşıyan “London Bəyannaməsi”ni imzalanıb.

İngiltərə və Ukraynanın Rusiya ilə həmrəy olduqları vurğulanan bəyannamədə Böyük Britaniyanın Ukraynanın müstəqilliyini, ərazi bütövlüyünü və sərhədlərini sarsılmaz şəkildə dəstəkləməyə davam edəcəyi qeyd edilib.

Bəyannamədə Ukraynanın NATO-ya üzvlüyü də daxil olmaqla, öz təhlükəsizliyini təmin etmək cəhdinin dəstəklənəcəyinə diqqət çəkilərək: “Ukrayna Silahlı Qüvvələri təkcə öz ərazisini deyil, həm də ümumi dəyərlərimizi və beynəlxalq hüququn əsas prinsiplərini təşkil edən BMT Nizamnaməsini qoruyur. Ölkələrimiz Rusiyanın “təsir etmək” iddiasını və onun sərhədlərinin güc yolu ilə dəyişdirmək addımlarını rədd edir. Biz suverenlik və öz müqəddəratını təyinetmə dəyərlərini müdafiə edirik. Rusiyanın törətdiyi vəhşiliklərin bir daha təkrarlanmamasını təmin etmək əzmini bölüşürük”.

Ukraynaya hərbi dəstəyin, Rusiyaya qarşı isə sanksiyaların davam edəcəyi ifadə edilən bəyannamədə Ukraynanın suverenliyi olmadan Avropanın təhlükəsizliyinə nail olmaq mümkün deyil deyilib.

Böyük Britaniyanın Zelenskinin irəli sürdüyü sülh planını alqışladığına diqqət çəkilən bəyannamədə iyunun 21-22-də Londonda Ukraynanın yenidən dirçəlməsi məsələsini müzakirə etmək üçün konfrans keçiriləcəyi xatırladılıb.



Әlaqәli Xәbәrlәr