Tedros Adhanom Ghebreyesus: ''Türkiyənin yanındayıq''

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri Tedros Adhanom Qebreyesus Kahramanmaraşda baş verən zəlzələlərlə əlaqədar Türkiye səlahiyyətliləri ilə əməkdaşlıq edəcəklərini bildirib.

1943214

''Belə çətin gündə yanınızdayıq'',-deyə Tedros Adhanom Qebriyesus.
T.A.Qebreyesus Kahramanmaraşda baş verən zəlzələ ilə bağlı gördükləri işlər ilə əlaqədar idarə heyətinə məlumat verib.
ÜST-nin Kahramanmaraşda baş verən zəlzələlərlə əlaqədar Türkiye səlahiyyətliləri ilə əməkdaşlıq edəcəyini ifadə edən T.A.Qebreyesus deyib: ''Belə çətin gündə sizin yanızdayıq''.
Qebreyesus Türkiye və Suriyada zəlzələ nəticəsində həyatını itirənlərin sayının dörd mini, xəsarət alanların sayının isə 18 mini keçdiyini bildirib.
Axtarış-xilasetmə əməliyyatlarının davam etdiyini deyən ÜST-nin rəhbəri davam edən zəlzələlərin və əlverişsiz hava şəraitinin bu əməliyyatların həyata keçirilməsini  çətinləşdirdiyini bildirib.
T.A.Qebreyesus  təşkilatın kommunikasiya şəbəkəsini və təcili tibbi yardım qruplarını səfərbər etdiklərini qeyd edib.

Әlaqәli Xәbәrlәr