Oleksi Reznikov: ''Rusiya böyük hücuma hazırlaşır''

Ukraynanın müdafiə naziri Oleksi Reznikov Rusiyanın yeni və böyük hücuma hazırlaşdığını bildirib və bunun fevralın 24-də başlaya biləcəyi barədə xəbərdarlıq edib.

1940853

Oleksi Reznikov rəsmi Moskvanın minlərlə hərbçi topladığını və ilk işğalın ildönümünü qeyd etmək üçün nəyəsə cəhd edə biləcəyini söyləyib.
''Hücumla onlar Rusiyanın qeyd etdiyi 23 fevral Vətən Müdafiəçiləri Gününü də yad etmiş olacaqlar'',-deyə Oleksi Reznikov qeyd edib.
Reznikov bildirib ki, rəsmi Moskva hücum üçün 500 minə yaxın əsgəri səfərbər edib.
Xatırladaq ki, 2022-ci ilin sentyabr ayında Rusiya prezidenti Vladimir Putin qismən hərbi səfərbərlik elan edib və bunun ölkənin “ərazi bütövlüyünü” təmin etmək üçün zəruri olduğunu bildirib.Qismən səfərbərlik çərçivəsində 300 min nəfər orduya çağırılıb.

Әlaqәli Xәbәrlәr