Volodimir Zelenski cəbhədəki son vəziyyəti qiymətləndirib

Ukrayna prezidenti Volodimir Zelenski Rusiya ordusu ilə ən ağır toqquşmaların Donetsk vilayətinin Baxmut və Vuqledar şəhərlərində davam etdiyini bildirib.

1938930
Volodimir Zelenski cəbhədəki son vəziyyəti qiymətləndirib

Ukrayna prezidenti Volodimir Zelenski Rusiya ordusu ilə ən ağır toqquşmaların Donetsk vilayətinin Baxmut və Vuqledar şəhərlərində davam etdiyini bildirib.
Xalqa müraciət edən Volodimir Zelenski Ukraynada davam edən müharibənin gedişatı ilə bağlı məlumat paylaşıb.
Rusiya-Ukrayna müharibəsinin ən ağır toqquşmalarının ölkəsinin Donetsk bölgəsində davam etdiyinə diqqət çəkən Volodimir Zelenski deyib: "Cəbhədəki vəziyyət, xüsusilə Donetsk vilayətinin  Baxmut və Vuqledar şəhərləri  yaxınlığında son dərəcə ağırdır''.
Rusiya ordusunu mülki infrastrukturları məhv etməkdə  günahlandıran Volodimir Zelenski deyib: “İşğalçılar yalnız bizim mövqelərimizə hücum etmirlər, onlar ətrafdakı şəhər və kəndləri qəsdən məhv edirlər”.
Volodimir Zelenski çıxışında Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti Tomas Baxı Rusiyaya idman sahəsində məhdudiyyətlər qoymağa çağırıb.

Rusiya idmançılarının Olimpiya oyunlarında iştirakına qadağa qoyulması ilə bağlı hələ qərar verilmədiyini xatırladan Volodimir Zelenski sözlərinə belə davam edib: "Beynəlxalq Olimpiya Komitəsinin hazırkı prezidenti Tomas Baxın açıqlamalarından məyus olmamaq mümkün deyil''.
Volodimir Zelenski bildirib ki, Tomas Bax müharibə zamanı bitərəf qalmamalıdır.
"Yeri gəlmişkən, cənab Baxı da Baxmuta dəvət edirəm. Burada yaşananları öz gözləri ilə görsün",-deyə Ukrayna lideri qeyd edib.



Әlaqәli Xәbәrlәr