Amerika Birləşmiş Ştatları ''Vaqner''i cinayət təşkilatları siyahısına daxil edib

Amerika Birləşmiş Ştatları Rusiyanın  “Vaqner” muzdlu hərbi qrupunu beynəlxalq cinayət təşkilatları siyahısına daxil edib.

1938556

ABŞ Dövlət Departamenti və Maliyyə Nazirliyi  yeni sanksiya qərarlarını açıqlayıb.
Məlumata əsasən, ''Vaqner''lə əlaqəsi olan fiziki və hüquqi şəxslərə qarşı sanksiya tətbiq olunub. ''Vaqner''in Ukraynadakı müharibədə iştirak etdiyi vurğulanıb.
ABŞ Maliyyə Nazirliyi ''Vaqner''ə qarşı mülki şəxslərin hədəf alınmasında məsuliyyət daşıdığı üçün əlavə sanksiya tətbiq edib.

Məlumatda ''Green Light Moscow'' aviaşirkətinə qarşı da sanksiya tətbiq edildiyi bildirilib. Aviaşirkətin  ''Vaqner'' qrupuna tabe olan əsgərləri  cəbhəyə daşıdığı qeyd olunub.

''Vaqner'' qrupunun xüsusilə Afrika qitəsində təsirli olmasını hədəfləyən təşkilatlar da sanksiya siyahısına daxil edilib.

"Africa Politology" adlı qrup da Qərb ölkələrinin Afrikanı tərk etmələri üçün strategiya və mexanizmlər hazırladığı üçün sanksiya siyahısına salınıb.

Әlaqәli Xәbәrlәr