İsrail hәrbçilәrinin sәrt müdaxilәsi nәticәsindә dörd fәlәstinli dә ölüb

İsrail əsgərlərinin İordan çayının qərb sahilindəki Cenin qaçqın düşərgəsinə təşkil etdiyi basqın nəticəsində 4 fələstinli həyatını itirib, 8-i isə yaralanıb.

1938343

İsrail əsgərləri səhər saatlarında İordan çayının qərb sahilindəki Cenin qaçqın düşərgəsinə buldozerlərlə daxil olub.
Məlumata əsasən, İsrail əsgərləri fələstinlilərə həqiqi güllə ilə müdaxilə edib.
Fələstin Səhiyyə Nazirliyi basqın zamanı baş verən qarşıdurma nəticəsində  4 fələstinlinin həyatını itirdiyini, aralarında uşaqların da olduğu 8 nəfərin yaralandığını açıqlayıb.
Cenin xəstəxanasının müdirinin  sözlərinə görə, İsrail əsgərləri xəstəxanaya daxil olan təcili tibbi yardım maşınlarına atəş açıb və yaralı fələstinlilərin xəstəxanaya çatdırılmasına mane olub.
İsrail əsgərləri basqının axtarışda olan şəxsi saxlamaq üçün həyata keçirildiyini açıqlayıb.

Әlaqәli Xәbәrlәr