OHCHR İsveçdəki nifrət cinayətləri ilə bağlı hesabat yayımlayıb

Danimarkalı ifrat sağçı siyasətçi Rasmus Paludanın yanvarın 21-də İsveçin paytaxtı Stokholmda Türkiye səfirliyi yaxınlığında Qurani- Kərimi yandırmasından sonra ölkədəki nifrət cinayətləri və qanunla təmin edilən müdafiə yenidən gündəmə gəlib.

1937855
OHCHR İsveçdəki nifrət cinayətləri ilə bağlı hesabat yayımlayıb

Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları üzrə Ali Komissarlığı (OHCHR) və mərkəzi İsveçdə yerləşən "İnsan Hüquqlarının Müdafiəçiləri" qeyri-hökumət təşkilatı dərc etdikləri müxtəlif hesabatlarda nifrət cinayətləri ilə mübarizədə İsveç qanunlarının qeyri-adekvatlığına diqqət çəkiblər.

Danimarkalı ifrat sağçı siyasətçi Rasmus Paludanın yanvarın 21-də İsveçin paytaxtı Stokholmda Türkiye səfirliyi yaxınlığında Qurani- Kərimi yandırmasından sonra ölkədəki nifrət cinayətləri və qanunla təmin edilən müdafiə yenidən gündəmə gəlib.

Mərkəzi Stokholmda yerləşən “İnsan Haqları Müdafiəçiləri” adlı qrupun mövzu ilə bağlı  hesabatında İsveç qanunlarında nifrət cinayətləri ilə bağlı çatışmazlıqlara diqqət çəkilib.

"İnsan Hüquqları Müdafiəçiləri bugünkü nifrət cinayətləri qanunlarının lazımi müdafiəni təmin etmədiyinə inanırlar'',-deyə hesabatda vurğulanıb.

Hesabatda ölkədə nifrət cinayətlərinin artdığı və müsəlmanların daha çox hədəf alındığına diqqət çəkilib. Hesabatda deyilir: “Amma çox az hallarda cinayət işi açılır və ya  cəza verilir”. 

31 oktyabr-4 noyabr tarixlərində İsveçə gedərək araşdırma aparan OHCHR ekspertinin rəylərinə əsaslanan hesabatda deyilir: "İsveç sistemli irqçiliklə mübarizədə əlavə addımlar atmalı və polis və azlıq qrupları arasında etimadın yenidən bölüşdürülməsi strategiyalarına diqqət yetirməlidir."



Әlaqәli Xәbәrlәr