Çində şaxta hökm sürür

Çinin Heilongjiang bölgəsində yerləşən Mohe şəhərində havanın temperaturu 53 dərəcə şaxta olaraq son 54 ilin ən soyuq günü yaşanıb.

1936895
Çində şaxta hökm sürür

TRT-nin BBC-yə istinad etdiyi xəbərə görə, ölkənin Mohe şəhərində yanvarın 22-də yerli vaxtla saat 07:00-da 53 dərəcə şaxta qeydə alınıb.

Bu, Mohedə 1969-cu ildən sonra ilk dəfə qeydə alınan ən şaxta temperatur hesab edilir.

Çinin ən soyuq bölgəsi olaraq göstərilən və ölkənin Şimal Qütbü kimi tanınan Mohedə qış mövsümü ümumiyyətlə 8 ay davam edir.

Ölkənin qış turizm mərkəzlərindən Moheyə il boyu turist axışır.



Әlaqәli Xәbәrlәr