“Tallinn öhdəliyi”ni imzalayan 11 ölkənin Ukraynaya dəstək vədi

Estoniya, Polşa, Litva, Latviya, Böyük Britaniya, Almaniya, Danimarka, Çexiya, Slovakiya, Hollandiya və İspaniyanın müdafiə rəsmiləri “Tallinn öhdəliyi”ni imzalayaraq Ukraynaya dəstəklərini açıqladılar.

1935656
“Tallinn öhdəliyi”ni imzalayan 11 ölkənin Ukraynaya dəstək vədi

Estoniya, Polşa, Litva, Latviya, Böyük Britaniya, Almaniya, Danimarka, Çexiya, Slovakiya, Hollandiya və İspaniyanın müdafiə rəsmiləri “Tallinn öhdəliyi”ni imzalayaraq Ukraynaya dəstəklərini açıqladılar.

Estoniyadakı Tapa Hərbi Bazasında görüş keçirən rəsmilər Ukraynanın Rusiyaya qarşı fevralın 24-dən bəri davam edən mübarizəsini “qəhrəmancasına müqavimət” kimi qiymətləndiriblər.

Estoniya Müdafiə Nazirliyindən verilən açıqlamada "Rusiyanın mülki əhaliyə və infrastruktura qəsdən hücumları da daxil olmaqla, müharibə cinayəti təşkil edə biləcək hücumlarını pisləyirik. Rusiyanın Ukraynanın suverenliyini, müstəqilliyini və ərazi bütövlüyünü davamlı şəkildə pozmasını və Ukraynanın qanunsuz ilhaqını  barədəki qanunsuz iddiaları rədd edirik” deyilib.

Bəyanatda Ukraynaya hərbi dəstək verilməsinin vacibliyi vurğulanaraq qeyd edilib ki, Ukraynanın müdafiəsinə əsas döyüş tankları, ağır artilleriya, hava hücumundan müdafiə, döyüş sursatları və piyada döyüş maşınları daxil olmaqla, görünməmiş ianələrin çatdırılmasını davam etdirməyi vəd edirik. Ukraynaya edilən bu əhəmiyyətli yardım öz milli ehtiyatlarımızdan və vəziyyətin ciddiliyinin qarşılıqlı anlaşıyını və Ukraynaya dəstəyi təcili olaraq artırmaq və sürətləndirmək öhdəliyimizi nümayiş etdirən mənbələrdən gəlmətədir. Bu "Tallinn öhdəliyi"ni yerinə yetirdikdən sonra 20 yanvarda Ramştaynda Ukrayna Müdafiə Qrupu toplantısında iştirak edəcəyik və digər müttəfiqləri eyni addımı atmağa və Ukraynanın zəfərini zəmanət altına almaq üçün mümkün olan ən yaxın zamanda dəstək paketlərinə yardım etməyə dəvət edəcəyik.



Әlaqәli Xәbәrlәr