Nepalda qəzaya uğrayan təyyarənin qara qutusu tapılıb

Nepalda qəzaya uğrayan Yeti Hava Yollarına məxsus sərnişin təyyarəsinin qara qutusu tapılıb.

1933118
Nepalda qəzaya uğrayan təyyarənin qara qutusu tapılıb

Bu barədə ANI agentliyi Katmandu hava limanının nümayəndəsinə istinadla məlumat yayıb.

Fransa-İtaliya konserninin istehsalı olan ATR 72 turbovintli orta məsafəli təyyarə yanvarın 15-də Poxara beynəlxalq hava limanına enərkən qəzaya uğrayıb. Katmandu-Pokhara marşrutu ilə hərəkət edən təyyarədəki 68 sərnişin və 4 ekipaj üzvünün hamısı ölüb. Onların arasında 53 Nepal vətəndaşı və 15 əcnəbi, o cümlədən 4 rusiyalı olub.

 



Әlaqәli Xәbәrlәr