Rusiya qüvvələri Ukraynanın Zaporojye vilayətinə raket zərbələri endirdi

Rusiya qüvvələrinin Ukraynanın Zaporojye vilayətinin Kuprianovka və Novotavriçivskoye kəndlərinə raket və pilotsuz uçuş aparatları ilə təşkil etdiyi hücumlar nəticəsində 3 dinc sakin yaralanıb.

1916143
Rusiya qüvvələri Ukraynanın Zaporojye vilayətinə raket zərbələri endirdi

Rusiya qüvvələrinin Ukraynanın Zaporojye vilayətinin Kuprianovka və Novotavriçivskoye kəndlərinə raket və pilotsuz uçuş aparatları ilə təşkil etdiyi hücumlar nəticəsində 3 dinc sakin yaralanıb, mülki infrastrukturlara ciddi ziyan dəyib.
Zaporojya qubernatoru Oleksandr Starux telegram kanalında etdiyi paylaşımda Rusiya qüvvələrinin Kuprianovka və Novotavriçivskoye kəndlərinə təşkil etdiyi hücumlar nəticəsində 3 mülki şəxsin yaralandığını, çox sayda  evin dağıldığını açıqlayıb.

Rusiyanın Ukraynanın Zaporojya şəhəri yaxınlığındakı kəndlərə gecə və səhər saatlarında təşkil etdiyi  hücumlar nəticəsində kəndlərdə bəzi evlər dağılıb, çox sayda evə isə ciddi ziyan dəyib.
Kuprianovka kəndinin rəsmisi  Tatyana Zaxarçenko bildirib ki, hücum gecə yarısında törədilib.
Hücum nəticəsində kənddəki 11 evin tamamilə dağıldığını qeyd edən Zaharçenko hücum zamanı mülki şəxslərin də yaralandığını ifadə edib.
Hücum nəticəsində  heç kimin ölmədiyini ifadə edən Zaharçenko müxtəlif təşkilatların nümayəndələri və könüllülərin köməyi ilə hücumdan zərər çəkmiş ailələrə kömək etməyə çalışdıqlarını bildirib.



Әlaqәli Xәbәrlәr