Aİ Rusiyaya qarşı növbəti sanksiyalar paketini hazırlayıb

Avropa İttifaqı Rusiyaya qarşı 9-cu sanksiyalar paketini hazırlayıb.

1916145
Aİ Rusiyaya qarşı növbəti sanksiyalar paketini hazırlayıb

Avropa İttifaqı Rusiyaya qarşı 9-cu sanksiyalar paketini hazırlayıb.
Məlumata əsasən, sanksiyalar paketinə 200-ə yaxın fiziki şəxs, 3 Rusiya bankı, ikili təyinatlı məhsulların ixracı və mədən investisiyalarının qadağan edilməsi daxildir.
Avropa İttifaqı Komissiyasının sədri Ursula fon der Leyen rəsmi internet səhifəsində Rusiyaya qarşı həyata keçirilməsi planlaşdırılan 9-cu sanksiyalar paketinin təfərrüatları ilə bağlı video paylaşıb.
Rusiyanın Ukraynaya hücum etməyə davam etdiyini bildirən Ursula fon der Leyen Rusiyanın qış dövründə dinc əhalini və infrastrukturu hədəfə alaraq Ukraynanı qəsdən iflic vəziyyətinə salmağa çalışdığını bildirib.
Ukraynanı dəstəkləməyə davam edəcəklərini vurğulayan Ursula fon der Leyen deyib: "Bu günə qədər qüvvəyə mindirdiyimiz 8 sanksiya paketi Rusiyanı incitdi. Bu gün 9-cu sanksiya paketi ilə Rusiyaya qarşı təzyiqi artırırıq".
Sanksiya tətbiq edilən şəxslərin siyahısına əlavə olaraq 200-ə yaxın fiziki və hüquqi şəxsin daxil edildiyini ifadə edən Ursula fon der Leyen bildirib ki, onların arasında Rusiya silahlı qüvvələrdəki zabitlər, Dövlət Dumasının və Federasiya Şurasının üzvləri, nazirlər, siyasətçilər var.



Әlaqәli Xәbәrlәr