Somalidә Eş-Şәbab terror tәşkilatına qarşı әmәliyyat keçirilib

Somalidə ordunun “Eş-Şəbab” terror təşkilatının əsas qərargahının yerləşdiyi Ədən Yabal bölgəsini terrorçulardan təmizlədiyi bildirilib.

1915499
Somalidә Eş-Şәbab terror tәşkilatına qarşı әmәliyyat keçirilib

Somalidə ordunun “Eş-Şəbab” terror təşkilatının əsas qərargahının yerləşdiyi Ədən Yabal bölgəsini terrorçulardan təmizlədiyi bildirilib.

Əməliyyatda iştirak edən polkovnik Bəşir Muktar Əhməd mətbuata açıqlamasında paytaxt Moqadişudan 245 kilometr şimalda yerləşən  Ədən Yabal bölgəsində nəzarətin təmin edildiyini bildirib.

Bəşir Muktar Əhməd əməliyyatın iki gündən çox davam etdiyi və ərazinin terrorçulardan tamamilə təmizləndiyi barədə məlumat paylaşıb.

“Eş-Şəbab” üzvlərinin mümkün  bomba və ya silahlı hücumlarına qarşı təhlükəsizlik tədbirləri gördüklərini ifadə edən Əhməd deyib: “Ələ keçirilən qəsəbə Eş-Şəbabın yerli əhalini köç etməyə məcbur etdiyi və hökmranlıq etdiyi ən mühüm ərazi idi”.

Qeyd edək ki, hökumət qüvvələri Hiran bölgəsi ilə yanaşı,  Qalqaduud, Muduq və Bay Bakool bölgələrində əməliyyatların davam etdiyini bildirib.

Somali prezidenti Həsən Şeyx Mahmudun “Eş-Şəbab”a qarşı hərtərəfli mübarizə aparacağını bildirməsindən sonra təşkilata qarşı ölkə miqyasında əməliyyatlar aparılır.



Әlaqәli Xәbәrlәr