Avropa İttifaqı Əsəd rejiminin Maram düşərgəsinə təşkil etdiyi hücumu qınadı

Avropa İttifaqı Əsəd rejiminin İdlib vilayətinin şimalındakı dinc sakinlərin yaşadığı düşərgəyə təşkil etdiyi hücumu pisləyib.

1904340

Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrelin ofisindən verilən açıqlamada hücumda 4-ü uşaq olmaqla 9 nəfərin həyatını itirdiyi, 75 nəfərin yaralandığı, 400 ailənin isə bir daha didərgin düşdüyü qeyd edilib. 

Açıqlamada deyilir:“Aİ bu hücumu ən sərt şəkildə pisləyir və həlak olanların ailələrinə başsağlığı verir. Avropa İttifaqı rejimi və müttəfiqlərini ayrıseçkilik etmədən hücumları dayandırmağa və beynəlxalq humanitar hüquqa riayət etməyə çağırır”. 
Avropa İttifaqı həmçinin Suriyada atəşkəsin elan edilməsi  və siyasi həllin əldə olunması ilə əlaqədar çağırışını təkrarlayıb.
Rejimə tabe olan  qüvvələrin İdlibin şimalındakı Maram düşərgəsinə təşkil etdiyi hücum nəticəsində 9 dinc sakin ölüb, azı 75 nəfər yaralanıb.

Әlaqәli Xәbәrlәr