Şimali Koreya Yapon dənizi istiqamətində ballistik raket atıb

Cənubi Koreyanın Baş Qərargahı və Yaponiya hökuməti Şimali Koreyanın Yapon dənizi (Şərq dənizi) istiqamətində iki ballistik raket atdığını açıqlayıb.

1898792

Cənubi Koreya Baş Qərargahının məlumatına görə, Şimali Koreyanın cənub-şərqindəki Kanqvon bölgəsindən Yapon dənizi (Şərq dənizi) istiqamətində iki qısa mənzilli ballistik raket buraxılıb.

Sınaqların yerli vaxtla saat 11.59 və 12.18-də baş tutduğu qeydə alınıb.

Yaponiya hökuməti isə raketlərin Yaponiyanın müstəsna iqtisadi zonasından kənara düşdüyünü və ərazidə hərəkət edən gəmi və təyyarələrə heç bir ziyanın aşkar edilmədiyini açıqlayıb.

Raket sınaqlarının həftənin əvvəlində ABŞ və Cənubi Koreyanın birgə keçirəcəyi hərbi hava təlimindən əvvəl baş tutması diqqət çəkib.

Belə ki, Pxenyan Administrasiyası Birləşmiş Millətlər Təşkilatının qətnamələrini pozaraq 2022-ci ilin əvvəlindən 28-ci sınaqını həyata keçirib.

Әlaqәli Xәbәrlәr