İordan çayının qərb sahilində 20 fələstinli saxlanılıb

İsrail qüvvələri işğal altındakı İordan çayının qərb sahilində 20 fələstinlini saxlayıb.

1898028
İordan çayının qərb sahilində 20 fələstinli saxlanılıb

İsrail qüvvələri işğal altındakı İordan çayının qərb sahilində 20 fələstinlini saxlayıb.

Hadisə şahidlərinin verdiyi məlumata görə, İsrail əsgərləri İordan çayının qərb sahilinin şimalındakı Nablus şəhərinə basqın ediblər.

Şahidlər Nablusun Hilla əl-Amud məhəlləsində atəş səsləri eşitdiklərini və basqın zamanı İsrail qüvvələrinin iki fələstinlini saxladığını bildirib.

İordan çayının qərb sahilinin şimalındakı Cenin və Kalkilya ilə cənubda Beytlehem və Hebron olmaqla Qüds sahillərindəki şəhərlərə də basqın edib. Bu basqınlar zamanı 18 fələstinli saxlanılıb.

Qeyd edək ki, işğal altındakı İordan çayının qərb sahili və Şərqi Qüdsdə tez-tez basqınlar həyata keçirən İsrail qüvvələri fələstinliləri müxtəlif ittihamlarla həbs edir. Zaman-zaman basqınlara reaksiya verən Fələstin sakinləri ilə İsrail əsgərləri arasında insidentlər yaşanır.

Digər tərəfdən, İsrail ordusu işğal altındakı İordan çayının qərb sahilinin şərqində lisenziyasız tikildiyi iddia edilən fələstinlilərə məxsus 6 evi yıxıb.

YEriha şəhərinin ed-Duyuk et-Tahta və Sema Jericho kəndlərindəki söküntülərdə dozerlərdən istifadə edilib.



Әlaqәli Xәbәrlәr