Sloveniyada prezident seçkiləri ikinci tura qaldı

Seçkilərdə namizədlərdən heç biri 50 faiz səs toplaya bilmədiyi üçün noyabrın 13-də səsvermənin ikinci turu baş tutacaq.

1896509
Sloveniyada prezident seçkiləri ikinci tura qaldı

Sloveniyada prezident seçkilərində ikinci tur keçiriləcək.

Ölkədə keçirilən seçkilərdə namizədlərdən heç biri 50 faiz səs toplaya bilmədiyi üçün noyabrın 13-də səsvermənin ikinci turu baş tutacaq. Seçkidə 7 namizəd iştirak edirdi.

İkinci tur müstəqil namizəd, keçmiş xarici işlər naziri, səslərin 34 faizini toplayan Sloveniya Demokratik Partiyası tərəfindən dəstəklənən Anze Loqarla Avropa Yaşıllar Partiyası tərəfindən dəstəklənən Sloveniya Pirat Partiyasından namizəd olan və səsələrin 26,8 faizini toplayan Natasa Pirc Musar arasında keçiriləcək.

Qeyd edək ki, Azadlıq Hərəkatının (PS) lideri və Baş nazir Robert Qolobun dəstəyi ilə digər favorit namizədi olan sosial demokrat Milan Brglez 15 səs toplayıb və ikinci turda Pirc Musarı dəstəkləyəcəklərinə işarə edib.

Təxminən 1 milyon 700 min seçicinin ölkə liderini seçmək üçün səhər saatlarından 3 mindən çox məntəqəyə üz tutduğu bildirilib. 



Әlaqәli Xәbәrlәr