Livanda prezident yenə seçilə bilmədi

Livanın 14-cü prezidentini seçmək üçün parlamentin 4-cü iclasında heç bir namizəd kifayət qədər səs toplaya bilməyib.

1896824
Livanda prezident yenə seçilə bilmədi

Livanın 14-cü prezidentini seçmək üçün parlamentin 4-cü iclasında heç bir namizəd kifayət qədər səs toplaya bilməyib.

Səlahiyyət müddəti oktyabrın 31-də başa çatacaq prezident Mişel Aunun yerinə yeni prezidentin seçilməsi üçün Nebih Berrinin sədrliyi ilə keçirilən iclasda 128 deputatdan 110-u iştirak edib.

Mişel Muavvəd 39, İsam Xəlifə 10 səs topladığı halda, 61 səs etibarsız sayılıb.

N.Berri heç bir namizəd seçilmək üçün lazım olan səslərin 3-də iki hissəsini ala bilmədikdən sonra yeni sessiyanın tarixinə daha sonra qərar verəcəklərini açıqlayıb.

Livan Assambleyası yeni prezidenti seçmək üçün sentyabrın 29-da birinci, oktyabrın 13-də ikinci, oktyabrın 20-də isə üçüncü iclasını keçirib.

Mövcud prezident Avn 31 oktyabr 2016-cı ildə Məclisdə keçirilən 46-cı sessiyanın sonunda seçilib.

Avn 2,5 illik siyasi qarşıdurmalardan və təlatümlü prosesdən sonra səlahiyyət müddəti 2014-cü ilin mayında başa çatan prezident Mişel Süleymanın yerinə vəzifəyə gələ bildi.



Әlaqәli Xәbәrlәr