Patrik Rayder: ‘‘Rusiya PUA-lardan psixoloji silah kimi istifadә edir’’

Pentaqon sözçüsü  Patrik Rayder  Rusiyanın Ukraynada İranın pilotsuz uçuş aparatlarından psixoloji silah kimi istifadə etdiyini deyib.

1895696

Bu barədə Pentaqon sözçüsü Patrik Rayder keçirdiyi gündəlik mətbuat konfransında bildirib.

Patrik Rayder Rusiyanın Ukraynanı İrana məxsus pilotsuz uçuş aparatlar ilə hədəf aldığını və İran hərbçilərinin rus hərbçilərinə PUA təlimi verdiyini vurğulayıb.

Ukraynaya dəstək verməyə davam edəcəklərini ifadə edən Patrik Rayder deyib: ''Bu PUA-lardan qorxu yaratmaq üçün istifadə edilir, lakin bu Rusiyanın bölgədə torpaq itirdiyi həqiqətini dəyişdirə bilməz''.

Rayder Ukraunaya İran PUA-ları ilə ağır zərbələrin endirildiyini ifadə edib.

Qeyd edək ki, Pentaqon sözçüsü Rusiyanın nə qədər pilotsuz uçuş aparatına sahib olduğu barədə məlumat verməyib.

Әlaqәli Xәbәrlәr