Almaniyanın Kiyevdəki konsulluğuna Rusiyanın hücumu zamanı ziyan dəyib

Almaniya Ukraynanın paytaxtı Kiyevdəki Almaniya səfirliyinin viza bölməsinin də yer aldığı binaya Rusiya raketlərinin düşdüyünü bildirib.

1890860

Almaniya Xarici İşlər Nazirliyinin sözçüsü Kristian Vaqner paytaxt Berlində keçirdiyi mətbuat konfransında bildirib ki, ölkəsinin Kiyevdəki səfirliyinin viza bölməsinin binasına bugünkü raket hücumları nəticəsində ziyan dəyib.

Vaqner sözügedən binanın aylardır istifadə edilmədiyini və Rusiya raketləri ilə vurulduğu zaman binada diplomatların olmadığını bildirib.

Ukrayna Rusiyanın səhər saatlarında paytaxt Kiyevin mərkəzində bəzi nöqtələrə 75 raket atdığını, onlardan 41-nin zərərsizləşdirildiyini bildirib.

Әlaqәli Xәbәrlәr