Ukrayna ərzaq böhranı ilə mübarizə aparan iki ölkəyə buğda göndərib

Ukrayna ərzaq böhranı ilə mübarizə aparan Şərqi Afrika ölkələrindən Efiopiya və Somaliyə 50 min ton buğda göndərdiyini bildirdi.

1883456
Ukrayna ərzaq böhranı ilə mübarizə aparan iki ölkəyə buğda göndərib

Ukrayna ərzaq böhranı ilə mübarizə aparan Şərqi Afrika ölkələrindən Efiopiya və Somaliyə 50 min ton buğda göndərdiyini bildirdi.

Ukrayna Xarici İşlər Nazirliyindən verilən yazılı açıqlamada Birləşmiş Millətlər Təşkilatının Dünya Ərzaq Proqramına (WFP) dəstək məqsədilə Efiopiya və Somali də daxil olmaqla bəzi ölkələrə 120 min ton buğda göndərildiyi qeyd olunub.

Açıqlamada 50 min ton buğdanın Somali və Efiopiyaya çatacağı,  yardımın sözügedən ölkələrdə humanitar böhranla mübarizəyə dəstək məqsədilə göndərildiyi bildirilib.

Xatırladaq ki, Ukraynadan Şərqi Afrika ölkələrinə göndərilən ilk taxıl gəmisi avqustun 30-da Cibutiyə çatıb.

Şərqi Afrikada 1980-ci illərdən bəri ən şiddətli quraqlıq dalğası 13 milyona yaxın insanı aclığa sürükləyib.

2019-cu ildə səhra çəyirtkələrinin işğalından sonra kənd təsərrüfatı istehsalının azaldığı və ərzaq böhranının başladığı bölgədə ardıcıl yağış dövrlərində yağıntıların gözləniləndən çox az olması da yeni ərzaq böhranının dərinləşməsinə səbəb olub.



Әlaqәli Xәbәrlәr