Emmanuel Makron beynəlxalq ictimaiyyəti Putinə maksimum təzyiq göstərməyə çağırıb

Fransa prezidenti Emmanuel Makron beynəlxalq ictimaiyyəti Rusiya prezidenti Vladimir Putinə maksimum təzyiq göstərməyə çağırıb.

1882950
Emmanuel Makron beynəlxalq ictimaiyyəti Putinə maksimum təzyiq göstərməyə çağırıb

Fransa prezidenti Emmanuel Makron beynəlxalq ictimaiyyəti Rusiya prezidenti Vladimir Putinə maksimum təzyiq göstərməyə çağırıb.
Emmanuel Makron Nyu-Yorkda, Birləşmiş Millətlər Təşkilatında (BMT) nüvə təhlükəsizliyi ilə bağlı iclasdan əvvəl açıqlamalar verib.
Makron bir jurnalistin Putinin qismən səfərbərlik elanı ilə bağlı sualına cavab verərək deyib:
“Əlbəttə Rusiya prezidenti Putinin son saatlarda qismən səfərbərlik çağırışına üz tutması və ölkəsini, ölkəsinin gənclərini müharibəyə sürükləməsini təəssüflə qarşılayıram”. 
Hindistandan sonra Çinin də 24 fevraldan bəri davam edən Ukrayna-Rusiya müharibəsi ilə bağlı atəşkəsə çağırdığına diqqət çəkən Makron “Rusiya getdikcə təcrid olunur” deyib.
“Rusiyanın etdiyi seçimləri artıq heç kim başa düşmür” deyən Makron beynəlxalq ictimaiyyəti müharibəni dayandırmaq üçün Putinə maksimum təzyiq göstərməyə çağırıb:
“Putin müharibənin səviyyəsini artırmaq qərarına gəlib. Bu, Rusiya, Rusiya cəmiyyəti və Rusiya gəncləri üçün pis xəbərdir".
Xatırladaq ki, Rusiya prezidenti Putin dünən (21 sentyabr 2022) dövlət kanallarında yayımlanan xalqa müraciətində nüvə silahına toxunaraq, qismən səfərbərlik elan etdiyini və lazım gəldikdə ixtiyarında olan bütün imkanlardan istifadə etməkdən çəkinməyəcəyini bildirib.



Әlaqәli Xәbәrlәr