“Afrika indi yeni soyuq müharibənin mərkəzi olmaq istəmir”, M.Sall

Amerika Birləşmiş Ştatlarının Nyu York şəhərində Birləşmiş Millətlər Təşkilatının (BMT) 77-ci Baş Assambleyasında çıxış edən Maki Sall Afrikada artan terror probleminin təkcə qitənin problemi deyil, qlobal təhlükə olduğunu bildirərək deyib...

1882900
“Afrika indi yeni soyuq müharibənin mərkəzi olmaq istəmir”, M.Sall

 

  Afrika Birliyinin dövri sədri və Seneqal prezidenti Maki Sall qitədə terrorla mübarizədə qlobal dəstəyin əhəmiyyətinə diqqət çəkərək "Afrika yeni soyuq müharibənin mərkəzi olmaq istəmir" dedi.

  Amerika Birləşmiş Ştatlarının Nyu York şəhərində Birləşmiş Millətlər Təşkilatının (BMT) 77-ci Baş Assambleyasında çıxış edən Maki Sall Afrikada artan terror probleminin təkcə qitənin problemi deyil, qlobal təhlükə olduğunu bildirərək deyib: “BMT Təhlükəsizlik Şurası Afrika da daxil olmaqla beynəlxalq sülh və təhlükəsizliyin təminatçısıdır. Şuranı Afrikada terrorla mübarizəni daha təsirli mexanizmlərlə dəstəkləməyə çağırıram.

  BMT-nin dövrün ruhuna və ehtiyaclarına daha uyğun bir idarəçiliyi qəbuletmə vaxtı gəlib.

  Afrika ölkələrinin BMT Təhlükəsizlik Şurasında yer almaları tələbi dəstəklənməlidir. Bir daha Afrika Birliyinin Afrikadakı 1,5 milyard insanın həyatına təsir edən qərarların qəbul edildiyi G20-yə daxil edilməsi tələbini xatırladıram.

  İqlim dəyişikliyi Afrika ölkələri üzərində daha çox təsirə malikdir. Dünyanı ən az çirkləndirən və sənayeləşmədə geridə qalan Afrikanın bu boşluğu bağlamaq üçün qalıq yanacaq kimi təbii enerji qaynaqlarını istifadə etməsi çox ədalətli və məqsədəuyğundur.

  Afrika bütün tərəfdaşları ilə qarşılıqlı hörmətə əsaslanan bir münasibətdə işləməyə hazırdır.

  Öz tarixinin yükünü Afrika kifayət qədər daşıyıb. Ona görə də indi yeni soyuq müharibənin mərkəzi olmaq istəmir. Afrika tərəfdaşlarına sabitlik və imkanlar təklif edir".



Әlaqәli Xәbәrlәr