Şanxay Əməkdaşlıq Təşkilatı Zirvə Toplantısı

Özbəkistanın tarixi Səmərqənd şəhərində Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin dövlət başçılarının 22-ci iclası işə başlayıb

1880860
Şanxay Əməkdaşlıq Təşkilatı Zirvə Toplantısı

 

  Özbəkistanın tarixi Səmərqənd şəhərində Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin dövlət başçılarının 22-ci iclası işə başlayıb.

  Özbəkistan prezidenti Şevkət Mirziyoyevin ev sahibliyi ilə ŞƏT-in zirvə toplantısında Rusiya prezidenti Vladimir Putin, Çin dövcət başçısı Si Cinpin, Qazaxıstan prezidenti Kasım Cömert Tokayev, Qırğızıstan prezidenti Sadir Japarov, Tacikistan prezidenti İmaməli Rəhman, Pakistanın baş Naziri Şahbaz Şərif, Hindistan baş naziri Narendra Modi, müşahidəçi ölkələrdən Belarus prezidenti Aleksandr Lukaşenko, Monqolustan prezidenti Uxnaa Xurelsux, İran prezidenti İbrahim Rəisi, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Türkmənistan prezidenti Serdar Berdiməhəmmədov və Azərbaycan prezidenti İlham Əliyev iştirak ediblər.

  ŞƏT-ə üzv olan Rusiya, Çin, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Pakistan, Hindistan və digər ölkələrin başçıları sammit öncəsi birlikdə xatirə şəkli çəkdiriblər.

  Ş.Mirziyoyev açılış nitqi söyləyib və iclasın gündəliyi barədə məlumat verib.

  ŞƏT-in Səmərqənd Zirvə Toplantısında yaşıl iqtisadiyyat, innovasiya, rəqəmsal texnologiyalar, logistika, kənd təsərrüfatı, tibb və digər sahələrdə 30-a yaxın layihə və fəaliyyət nəzərdən keçirilib və sözügedən mövzularda müqavilələrin qəbulu gözlənilir.

  Sammitin sonunda Səmərqənd Bəyannaməsi imzalanacaq.



Әlaqәli Xәbәrlәr