Miroslav Yença: ‘‘Azәrbaycanla Ermәnistan arasında yaşanan gәrginliyә görә narahatıq’’

BMT Baş katibinin Avropa, Mərkəzi Asiya və Amerika məsələləri üzrə köməkçisi Miroslav Yença deyib.“Biz artan gərginlikdən narahatıq. İki ölkə arasında əldə olunan atəşkəsi alqışlayırıq''.

1880566

BMT Təhlükəsizlik Şurasının “Beynəlxalq sülhün və təhlükəsizliyin qorunması” adı altında keçirilən iclasında  Azərbaycanla Ermənistan arasında yaşanan gәrginlik müzakir olunub.

İclasda çıxış edən BMT Baş katibinin Avropa, Mərkəzi Asiya və Amerika məsələləri üzrə köməkçisi Miroslav Yença ötən gün iki ölkə arasında əldə olunan atəşkəsi alqışladıqlarını ifadə edib.

Yença bildirib ki, yaşanan gərginliyə görə narahatıq və tərəflərə gərginliyin aradan qaldırılması üçün konkret addımlar atması ilə əlaqədar çağırış edirik.
Yença həmçinin qeyd edib ki, bu həftə iki ölkə arasında yaşanan gərginlik regionda sabitliyi poza bilər.

Qeyd edək ki, sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

Genişmiqyaslı təxribatın qarşısı alınarkən Azərbaycan Silahlı Qüvvələrin 71 hərbi qulluqçusu şəhid olub.

Әlaqәli Xәbәrlәr