Şahbaz Şәrif Süleyman Soylu vә Murat Kurumu qәbul edib

Pakistanın Baş naziri Şahbaz Şərif  Türkiyenin daxili işlər naziri Süleyman Soylu və ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum ilə görüşüb.

1874833

Şahbaz Şərif seldən zərər çəkən Pakistana səfər edən Süleyman Soylu və Murat Kurumun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Burada çıxış edən Şahbaz Şərif Türkiyənin dəstəyinin dostluq və qardaşlıq əlaməti olduğunu söyləyib. Pakistan Baş naziri deyib: "Dəyərli qardaşım, cənab prezident Rəcəb Tayyib Ərdoğan avqustun 27-də mənə zəng edərək həyatını itirənlərlə əlaqədar başsağlığı verdi''.

Həyatını itirənlərin 300-ə yaxınının uşaq olduğunu qeyd edən Şahbaz Şərif deyib: "Türk xalqı hər zaman olduğu kimi Pakistan xalqının yanında olduğunu bir daha göstərdi. Təbii fəlakət baş verən kimi Türkiye humanitar yardım göndərməyə başladı. Bunlar həm dövlət yardımı, həm də vətəndaşların göndərdiyi yardımlar idi”.

Pakistan Baş naziri Türkiyedən gələn humanitar yardımın təbii fəlakətin yaşandığı bölgələrə çatdırıldığını ifadə edib.

Әlaqәli Xәbәrlәr