BMT Liviyadakı qarşıdurmalarla bağlı bәyanat yaydı

Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreş Liviyanın paytaxtı Tripolidə münaqişənin sona çatdırılması vә dialoqun aparılması ilә әlaqәdar çağırış edib.

1873086
BMT Liviyadakı qarşıdurmalarla bağlı bәyanat yaydı

Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreş Liviyanın paytaxtı Tripolidə münaqişənin sona çatdırılması vә dialoqun aparılması ilә әlaqәdar çağırış edib.

Bu barәdә BMT baş katibinin sözçüsü Stefan Dujarrik mәlumat verib. Stefan Dujarrik deyib: "Baş katib Antonio Quterreş Tripolidə mülki əhalinin ölümünə və mülki infrastrukturun dağılmasına səbəb olan son münaqişələri narahatlıqla izləyir".

Antonio Quterreşin silahların susdurulması ilә әlaqәdar çağırış etdiyini ifadә edәn Stefan Dujarrik deyib: "Antonio Quterreş Liviyanın paytaxtı Tripolidə münaqişənin sona çatdırılması vә dialoqun aparılması ilә әlaqәdar çağırış edib. Quterreş həmçinin tərəfləri mülki insanları müdafiə etməyə və gərginliyi artıracaq və ya fikir ayrılıqlarını dərinləşdirəcək hər hansı addım atmaqdan çəkinməyə çağırır’’.

Stefan Dujarrik həmçinin qeyd edib ki, BMT Liviyadakı tәrәflәrә problemi siyasi yolla hәll edilmәsi üçün hər cür dəstəyi verməyə hazırdır.

BMT-nin Liviyaya Dəstək Missiyası (UNSMIL) də paytaxt Tripolidəki silahlı qarşıdurmalarla bağlı dərin narahatlığını ifadə edib və münaqişәnin  dərhal dayandırılması ilә әlaqәdar çağırış edib.

BMT missiyasının internet sәhifәsindәn verilәn bәyanatda münaqişələrin mülki itkilәrә sәbәb olduğu  bildirilib. Bәyanatda hәmçinin münaqişә zamanı mülki infrastruktura vә xәstәxanalara ciddi ziyan dәydiyi bildirilib.

İslam Əməkdaşlıq Təşkilatı (İƏT), Misir, Tunis və Əlcəzair də Tripolidəki münaqişələrə son qoymağa və dialoq aparmağa çağırıb.

Verilәn bәyanatda Liviya xalqının təhlükəsizliyini və sabitliyini qoruyacaq şəkildə tәhlükәsizliyin  təmin edilməsi və mülki vətəndaşların qorunması  ilә әlaqәdar çağırış edilib.

Qeyd edәk ki, Liviyanın paytaxtı Tripolidə iki silahlı qruplaşma arasında baş verən qarşıdurmada ölənlərin sayı 23-ə, yaralananların sayı isә 140 nәfәrә çatıb.

 

 

 



Әlaqәli Xәbәrlәr