İsveçrə hökuməti ölkə üzrə təbii qaz istehlakını 15 faiz azaltmaq qərarına gəlib

İsveçrə hökuməti enerji böhranının mümkün mənfi təsirlərindən qorunmaq üçün qışda təbii qaz istehlakını 15 faiz azaltmağı planlaşdırır.

1872575
İsveçrə hökuməti ölkə üzrə təbii qaz istehlakını 15 faiz azaltmaq qərarına gəlib

Hökumətin mövzu ilə əlaqəli açıqlamasında: “2022-ci ilin oktyabrından 2023-cü ilin martına qədər ölkə daxilində təbii qaz tələbatını və istehlakını azaltmaq üçün könüllü qənaət kampaniyası başlatdıq. Kapmaniya ilə qış mövsümü sona çatana qədər təbii qaz istehlakını 15% azadmağı planlaşdırırıq. Kampaniyanın təfərrüatları sentyabr ayında açıqlanacaq.

Qeyd edək ki, enerji böhranı ilə əlaqədar qış aylarında elektrik enerjisinin kəsilməsi ehtimalına qarşı İsveçrə üzrə elektrik generatorlarına tələbat artıb.

dək ki, enerji böhranı ilə əlaqədar qış aylarında elektrik enerjisinin kəsilməsi ehtimalına  qarşı  İsveçrə  üzrə   elektrik generatorlarına tələbat artıb.  



Әlaqәli Xәbәrlәr