ABŞ-dan Livan ordusuna zirehli texnika

ABŞ dəstək proqramı çərçivəsində Livan ordusuna 150 zirehli texnika bağışlayıb.

1871808
ABŞ-dan Livan ordusuna zirehli texnika

Livan ordusunun sosial media hesabında bu barədə məlumat yayılıb.

Bildirilib ki, ABŞ-ın dəstək proqramı çərçivəsində Livan ordusuna bağışladığı 150 ədəd Humvee tipli zirehli texnika Beyrut limanında Livan ordusunun Logistika Briqadasına təhvil verilib.

Yada salaq ki, Oktyabr ayında ABŞ prezidenti Co Bayden Livan ordusuna 67 milyon dollar yardım qərarına gəlib.

Qeyd edək ki, rəsmi Vaşinqton 2005-ci ildən bəri Livan ordusuna 2 milyard dollar dəyərində hərbi yardım edib.


Etiketlәr: #ABŞ , #Livan ordusu

Әlaqәli Xәbәrlәr