İqor Konaşenkov Rusiya qüvvәlәrinin nәzarәtinә keçirdiyi әrazilәrlә bağlı bәyanat verib

Rusiya Müdafiə Nazirliyinin sözçüsü İqor Konaşenkov bildirib ki, Rusiya qüvvələri Ukraynanın Xerson vilayətinin 36 kvadrat kilometr ərazisini nәzarәtinә  keçirərək Mikolayev vilayətinin inzibati sərhədlərinə çatıb.

1871452

İqor Konoshenkov Ukraynada hәyata keçirilәn әmәliyyatın gedişatı ilә bağlı mәlumat verib.

Konaşenkov Rusiya qüvvələrinin Xerson və Mikolayev vilayətlərinə qarşı hücumları nəticəsində Ukrayna ordusunun 28-ci Mexanikləşdirilmiş Bölməni zərərsizləşdirdiyini bildirib.

Komsomolskoye yaşayış mәntәqәsini  ələ keçirdiklərini qeyd edən Konaşenkov Mikolayev vilayətində 12 kilometrlik əraziyə nəzarətin tәmin edildiyini qeyd edib.

Ukrayna ordusunun Andreyevka bölgəsində itkilәr verdiyini ifadә edәn İqor Konaşenkov  Donetsk bölgəsindəki hücumlarda uğurlu nəticələr əldə etdiklərini bildirib.

“Bu günə qədər Ukraynaya məxsus 268 təyyarə, 148 helikopter, 1 796 pilotsuz uçuş aparatı, 369 hava hücumundan müdafiə sistemi, 4 377 tank və zirehli texnika, 818 reaktiv yaylım atəşi sistemi, 3 335 haubitsa və minaatan, 5 024 xüsusi təyinatlı texnika mәhv edilib’’,-deyә İqor Konaşenkov vurğulayıb.

Әlaqәli Xәbәrlәr