Avstriyada fırtına nәticәsindә iki uşaq ölüb

Avstriyanın cənub regionlarında baş verən güclü fırtına Karintiya vә Tirol  әyalәtlәrindә iki uşağın ölümü ilə nəticələnib.

1869788
Avstriyada fırtına nәticәsindә iki uşaq ölüb

Avstriyanın cənub regionlarında baş verən güclü fırtına Karintiya vә Tirol  әyalәtlәrindә iki uşağın ölümü ilə nəticələnib.

Bu barәdә Beynәlxalq Qırmızı Xaç Komitәsindәn verilәn mәlumatda bildirilib. Mәlumatda qeyd olunub ki, Sankt Andre gölü kənarında güclü küləyin aşırdığı ağaclar iki uşağın ölümünə, bir neçə nəfərin yaralanmasına səbəb olub.

Təbii fəlakət nəticəsində Karintiya vә Tirol  әyalәtlәrindәki  mənzillәrin  elektrik enerjisi ilə təminatı kəsilib.

Avstriya Dәmir Yolları Karintiya, Şteirmarkt və Tirol federal əyalətlərində dəmiryolu nəqliyyatının fəaliyyətində fasilələr yarandığını açıqlayıb. Mәlumatda vurğulanıb ki, dəmir yolunu elektrik enerjisi ilə təmin edən xətlərin sıradan çıxması genişmiqyaslı problemə yol açıb. Avstriyanın cәnub  regionlarında küləyin sürəti saatda 103 kilometrə çatıb.Hazırda bölgədə davam edən müxtəlif festivallar da əlverişsiz hava şəraiti səbəbindən tәxirә salınıb.



Әlaqәli Xәbәrlәr