“ABŞ-Çin əməkdaşlığı olmadan qlobal problemləri həll etmək üçün heç bir yol yoxdur”, S.Dujarrik

BMT baş katibinin sözçüsü Stefan Dujarrik ABŞ Nümayəndələr Palatasının sədri Nensi Pelosinin Tayvana səfərindən sonra gərginləşən ABŞ-Çin münasibətləri ilə bağlı sualları cavablandıraraq deyib...

1864580
“ABŞ-Çin əməkdaşlığı olmadan qlobal problemləri həll etmək üçün heç bir yol yoxdur”, S.Dujarrik

 

  Birləşmiş Millətlər Təşkilatı (BMT) bildirib ki, ABŞ-Çin əməkdaşlığı olmadan qlobal problemləri həll etmək üçün heç bir yol yoxdur.

  BMT baş katibinin sözçüsü Stefan Dujarrik Birləşmiş Millətlər Təşkilatının Nyu Yorkdakı mənzil-qərargahında təşkil edilən mətbuat konfransında ABŞ Nümayəndələr Palatasının sədri Nensi Pelosinin Tayvana səfərindən sonra gərginləşən ABŞ-Çin münasibətləri ilə bağlı sualları cavablandıraraq deyib: “Tayvanla münasibətlərdə iki süper güc arasında gərginlik artıb və Çin bir çox məsələlərdə əməkdaşlığa son qoymaq qərarı verib.

  Bəşəriyyətin problemlərinin həllində ABŞ və Çin arasında əməkdaşlıq vacibdir. Düşünürəm ki, iki ölkə arasında səmərəli dialoq və əməkdaşlıq olmadan dünyanın aktual problemlərini həll etmək imkanı yoxdur.”

  Xatırladaq ki, 25 illik fasilədən sonra Nensi Pelosinin ABŞ-ın ən yüksək rütbəli nümayəndəsi kimi Tayvana səfərindən sonra Çin rəsmi Vaşinqtonla hərbi danışıqlardan tutmuş iqlim məsələsinə qədər bir çox mövzuda Amerika ilə əməkdaşlığı dayandırdığını açıqlayıb. Pekin administrasiyası N.Pelosi və ailəsinə qarşı sanksiyalar tətbiq edəcəyini bildirib və Tayvan boğazında bazar gününə qədər hərbi təlim keçirib.

  Çin “ABŞ-ın yüksək səviyyəli nümayəndəsinin Tayvana səfəri Çinin suverenliyi və ərazi bütövlüyünün pozulmasıdır” deyə bildirib və qəti şəkildə əks tədbirlər görəcəyi ilə bağlı xəbərdarlıq edib.



Әlaqәli Xәbәrlәr