Sanna Marin: "Problemin NATO sammitinə qədər həll olunacağına inanıram"

Finlandiyanın Baş naziri Sanna Marin Türkiyənin ölkəsi ilə İsveçin NATO-ya üzvlüyünə etirazı ilə bağlı problemin NATO sammitinə qədər həll olunacağına inandığını bildirib.

1846614
Sanna Marin: "Problemin NATO sammitinə qədər həll olunacağına inanıram"

Finlandiyanın Baş naziri Sanna Marin Türkiyənin ölkəsi ilə İsveçin NATO-ya üzvlüyünə etirazı ilə bağlı problemin NATO sammitinə qədər həll olunacağına inandığını bildirib.

Sanna Marin rəsmi görüşlər keçirməkr üçün getdiyi Xorvatiyanın paytaxtı Zaqrebdə xorvatiyalı həmkarı Andrey Plenkoviçlə görüşüb.

Görüşdən sonra açıqlama verən Marin NATO-nun birlik içərisində olmasının vacibliyini vurğulayaraq, Finlandiya və İsveçin uzunmüddətli perspektivdə NATO-nu daha da gücləndirəcəyini bildirib.

Marin bir sual qarşısında Türkiyənin Finlandiya və İsveçin NATO üzvlüyünə qarşı çıxması səbəbiylə yaşanan problemin 28-29 iyun tarixlərində İspaniyanın paytaxtı Madriddə keçiriləcək NATO zirvəsinə qədər həll olunacağına inandığını ifadə edərək, həllin NATO-nun açıq qapı siyasəti ilə gələcəyini düşündüyünü söyləyib.

Plenkoviç ölkəsinin NATO-nun üzvlük yolunda Finlandiyanı dəstəklədiyinə də diqqət çəkib:

"Biz Finlandiyanın NATO-ya üzv olmaq qərarına hörmət edirik. Finlandiya və İsveç də NATO-nun təhlükəsizliyini istəyir. Xorvatiya müasir dünyada NATO-nun əhəmiyyətinin fərqindədir. Finlandiyanın Rusiya ilə sərhədi var".

İki baş nazir həmçinin Ukraynaya Avropa İttifaqına (Aİ) namizəd ölkə statusunun verilməsi ilə bağlı razılığa gəldiklərini bildiriblər.

Xorvatiya Prezidenti Zoran Milanoviçlə də görüşən Marin bölgədə Albaniya və Şimali Makedoniyaya səfər etmişdi.



Әlaqәli Xәbәrlәr