Somali beynəlxalq ictimaiyyəti təcili yardıma çağırıb

Somalinin quraqlıqla mübarizə üzrə departamentinin rəsmisi Abdirahman Abdishakur Varsame bu barədə məlumat yayıb.

1846246
Somali beynəlxalq ictimaiyyəti təcili yardıma çağırıb

Quraqlıqdan ən çox təsirlənən bölgələrdən Gedola səfəri zamanı ölkəsinin təcili yardıma ehtiyacı olduğunu ifadə edən Abdishakur Varsame: “Somali hökuməti və beynəlxalq ictimaiyyət quraqlıqla mübarizə aparmaq və quraqlıqdan zərər çəkənlərə kömək etmək üçün birlikdə çalışmalıdır”. Ölkənin bütün bölgələrində quraqlığın hökm sürdüyünü ifadə edən nümayəndə təhlükəsizlik səbəbiylə evlərini tərk edənlərin vəziyyətdən daha ciddi nisbətdə təsirləndiklərini, insanlara kömək etmək üçün əllərindən gələn səyi etdiklərini sözlərinə əlavə edib.

Birləşmiş Millətlər Təşkilatının (BMT) Somali üzrə koordinatoru Adam Abdelmoula da bildirib ki, ölkə tarixinin ən şiddətli quraqlığını yaşayır. Humanitar yardım göstərilmədiyi təqdirdə, bir çox insan həyatını itirmək təhlükəsi ilə üzləşəcək.

BMT-nin hesabatına görə 2020-ci ilin sonundan bəri quraqlığın tüğyan etdiyi Somalidə milyonlarla insan təcili yardıma möhtacdır.

Yada salaq ki, Somali hökuməti artan quraqlıq səbəbindən noyabrın 23-də ölkə daxilində “fövqəladə vəziyyət” elan edib.



Әlaqәli Xәbәrlәr