Makron Baş nazirin istefasını qəbul etməyib

Fransa Prezidenti Emmanuel Makron Baş nazir Elizabet Bornun ümumi seçkilərin tamamlanmasından sonra verdiyi istefasını qəbul etməyib.

1846279
Makron Baş nazirin istefasını qəbul etməyib

Fransa Prezidenti Emmanuel Makron Baş nazir Elizabet Bornun ümumi seçkilərin tamamlanmasından sonra verdiyi istefasını qəbul etməyib.

Ölkə mətbuatı Yelisey sarayının bəyanatına istinadən məlumat yayıb.

Bildirilib ki, Makron bu gün və sabah fransızların xeyrinə mümkün konstruktiv həll yollarını müəyyən etmək üçün lazımi siyasi məsləhətləşmələr keçirmək niyyətindədir.

Ölkədə ikinci turu iyunun 19-da keçirilən ümumi seçkilərdə Makronun başçılıq etdiyi Ensemble (Birlik) İttifaqının Məclisdə əksəriyyətin səsini əldə edə bilməməsindən sonra müxalif dairələrdən fərqli adlar Bornun istefasını tələb edib. 

Fransada ənənəvi olaraq hər ümumi seçkidən sonra baş nazir prezidentə istefasını təqdim edir.

Qeyd edək ki, Elizabet Born mayın 16-da Baş nazir təyin edilib. O, bundan əvvəl Fransanın kompleks ekoloji dəyişikliklər naziri və əmək, məşğulluq və inteqrasiya naziri vəzifələrində çalışıb. E.Born Fransa tarixində Baş nazir təyin edilən ikinci qadındır.



Әlaqәli Xәbәrlәr