İngiltərədə son 33 ilin ən böyük tətili başladı

Britaniya dəmiryollarında son 33 ilin ən böyük tətili başlayıb

1846315
İngiltərədə son 33 ilin ən böyük tətili başladı

 

  İyunun 21-dən Böyük Britaniyada 1989-cu ildən bəri ən böyük dəmiryolu tətili başlayıb. Səhər saatlarından etibarən  ölkə daxilində əksər istiqamətlərdə qatarların hərəkəti dayanıb, London metropoliteni bağlanıb.

  Britaniya mediası xəbər verir ki, dəmiryolu, dəniz və nəqliyyat həmkarlar ittifaqları tərəfindən təşkil olunan tətil üç gün – iyunun 21-də, 23-də və 25-də davam edəcək.

  Tətilin ilk günündə 50 minə yaxın insanın - ölkənin əksər dəmir yollarına və Londonun bütün mərkəzi stansiyalarına xidmət göstərən “Network Rail” və daha 13 dəmiryol kompaniyasının, həmçinin London metrosunun əməkdaşlarının iştirakı gözlənilir.

  Sürücülərə magistral avtomobil yollarında böyük tıxaclar barədə xəbərdar edilib.

  Son 33 ilin ən radikal aksiyasına səbəb kompaniyaların müdiriyyətinin əməkdaşlarının maaşlarını dondurmaq və onların bəzilərinin işdən çıxarmaq, iş gününü uzatmaq, təhlükəsizlik yoxlamalarını azaltmaq və bütün bilet satışı kassalarını bağlamaq planları ilə həmkarlar ittifaqlarının razılaşmamasıdır.



Әlaqәli Xәbәrlәr