Yens Stoltenberq: ‘‘Türkiyәnin sәylәrini yüksәk qiymәtlәndiririk’’

NATO-nun baş katibi Yens Stoltenberq deyib: “Mən Türkiyə və prezident Rəcəb Tayyib Ərdoğanın Ukraynadan taxılın çıxarılması üçün göstәrdiyi sәylәri yüksək qiymətləndirirəm”.

1844608

Yens Stoltenberq dünən Rәcәb Tayyib Ərdoğanla telefon әlaqәsi saxladıqlarını vә Ukraynadan taxılın çıxarılması mәsәlәsini  müzakirə etdiklәrini bildirib.

“Mən Türkiyə və prezident Rəcəb Tayyib Ərdoğanın Ukraynadan taxılın çıxarılması üçün göstәrdiyi sәylәri yüksək qiymətləndirirəm’’ deyәn Yens Stoltenberq üzv ölkәlәrin taxılın daşınması üçün müxtәlif marşrutları nәzәrdәn keçirdiyini söylәyib.

NATO-nun baş katibi Finlandiya və İsveçin alyansa üzvlük tələbindən də danışaraq Ankara, Finlandiya və İsveç arasında danışıqların davam etdiyini bildirib.

Yens Stoltenberq  deyib: “NATO 30 müxtəlif ölkədən ibarətdir, biz həmişə hər şeydə razılaşa bilmərik”.

Yens Stoltenberq həmçinin namizədlik üçün müraciət edən ölkələrin alyansa  nə vaxt qəbul olunacaqları ilə bağlı  tarix verə bilmәyәcәyini söylәyib.

Әlaqәli Xәbәrlәr