Almaniyada keşişlər tərəfindən cinsi istismara məruz qalan uşaqların sayı 600-ü keçib

Cinsi zorakılıqda günahlandırılan keşişlərin sayı 200-dən çoxdur ki, bunlardan 50-si sağdır

1843157
Almaniyada keşişlər tərəfindən cinsi istismara məruz qalan uşaqların sayı 600-ü keçib

 

  Almaniyada aparılan araşdırmada 1945-2020-ci illər arasında Münster yeparxiyasında keşişlər tərəfindən cinsi istismara məruz qaldığı bildirilən uşaqların sayının 600-ü keçdiyi bildirilib.

  Kilsədəki cinsi istismar və təcavüz hadisələri mövzunu araşdıran Münster Universitetindən 5 tarixçinin 2 illik araşdırması nəticəsində ortaya çıxıb.

  Hesabatda 1945-ci ildən bu yana əksəriyyəti keşiş olan 600-dən çox yetkinlik yaşına çatmayan uşağın kilsə işçiləri tərəfindən cinsi zorakılığa məruz qaldığı və bu sayın naməlum hallarla 1000-dən çox olduğu təxmin edildiyi bildirilib. Cinsi qısnama halları da daxil edildikdə bu rəqəm 6 mini keçir.

  Cinsi zorakılığa məruz qalan uşaqların dörddə üçü oğlandır. Hesabatda bildirilir ki, bu uşaqların əksəriyyəti gənclər düşərgələrində və ya gənclər qruplarında iştirak edənlərdir.

  Cinsi zorakılıqda günahlandırılan keşişlərin sayı 200-dən çoxdur ki, bunlardan 50-si sağdır. Sözügedən cinayətdə günahkar bilinən keşişlər kilsə idarəçiləri tərəfindən başqa bölgələrə göndərilərək bu işləri bağlayıblar.  

  Hesabatda yazılana görə, Münsterdəki hazırkı yepiskop Feliks Genn (Felix Genn) vəzifəsinin ilk illərində cinsi zorakılıq edən və Romaya peşman olan iki nəfəri xəbər verməməkdə, Almaniyanın ən böyük yeparxiyalarından biri, Köln kardinalı Rayner Velki də (Rainer Woelki) təcavüz hesabatını gizlətməkdə günahlandırılır.

  Münster yeparxiyasında zərərçəkənlər üçün qaynar xətt yaradılıb.

  Hesabat təfərrüatları ilə tezliklə ictimaiyyətlə paylaşılacaq.



Әlaqәli Xәbәrlәr