Kanadada meymunçiçəyinə yoluxanların sayı artıb

Kanadada meymunçiçəyinə yoluxanların sayının 112 nəfərə çatdığı bildirilib.

1841864
Kanadada meymunçiçəyinə yoluxanların sayı artıb

Kanadanın Səhiyyə Nazirliyi ölkədə meymunçiçəyinə yoluxanların sayının 112 nəfərə çatdığını təsdiq edib.

Bu barədə məlumat nazirliyin saytında yerləşdirilib. Bir həftə öncə Kanadanın Səhiyyə Nazirliyi 71 yoluxma halı barədə məlumat yaymışdı.

Ən çox yoluxma halı (98 nəfər) Kvebek əyalətində qeydə alınıb. Ontarioda 9, Albertada 4 nəfər yoluxub. İlk xəstə Britaniya Kolumbiyasında qeydə alınıb.


Etiketlәr: #meymunçiçəyi

Әlaqәli Xәbәrlәr