Norveç Ukraynaya haubitsa göndərib

Norveç Rusiyanın hücumlarına qarşı Ukraynaya dəstək məqsədilə 22 özüyeriyən haubitsa göndərildiyini açıqlayıb.

1839601
Norveç Ukraynaya haubitsa göndərib

Norveç Rusiyanın hücumlarına qarşı Ukraynaya dəstək məqsədilə 22 özüyeriyən haubitsa göndərildiyini açıqlayıb.

Fevralın 24-dən bəri Rusiya-Ukrayna müharibəsi davam edərkən, Norveç hökuməti Ukraynaya yeni hərbi yardım qərarının qəbul edildiyini açıqlayıb.

Norveç Müdafiə Nazirliyindən verilən açıqlamada ehtiyat hissələri və hərbi sursat daxil olmaqla 22 özüyeriyən haubitsanın Ukraynaya göndərildiyi açıqlanıb.

Norveç ötən ilin aprelində Ukraynaya Fransa istehsalı olan 100-ə yaxın “Mistral” zenit raket kompleksi göndərdiyini bəyan etmişdi.

Digər tərəfdən, Ukraynanın Təl-Əviv səfiri Yevgen Korniyçuk ölkəsinin İsraildən “Dəmir günbəz” hava hücumundan müdafiə sistemi almaq istədiyini açıqlayıb.



Әlaqәli Xәbәrlәr