Nigeriyada silahlılar kənd sakinlərini oğurlayıb

Qərbi Afrika ölkələrindən Nigeriyanın Zamfara əyalətində naməlum şəxslər baskın verdikləri kənd sakinlərini oğurlayıblar.

1839623
Nigeriyada silahlılar kənd sakinlərini oğurlayıb

Zamfara valiliyinin rəsmisi Abu-Bello Furfuri, hadisə ilə bağlı yerli mətbuata açıqlama verib. O: “Kaduna əyalətinin Bunqudu kəndinə basqın verən naməlum şəxslər aralarında uşaqlar da olmaqla 20 nəfəri qaçırıb. Baskın əsnasında yaralanan kənd sakinləri isə xəstəxanalarda yerləşdirilib. Oğurlanan kənd sakinlərini xilas etmək üçün ərazidə geniş miqyaslı axtarış-xilasetmə əməliyyatı başladılıb.

Yada salaq ki, əyalət 5 ildir heyvandarlıqla məşğul olan fulanilərlə əkinçiliklə məşğul olan bəzi tayfalar arasında şiddətli qarşıdurmalara səhnə olub. Mayın 8-də silahlı şəxslərin Zamfara vilayətində həyata keçirdiyi reydlər zamanı 48 nəfər həyatını itirdi. Həmin hadisədən sonra bölgəyə əlavə qoşun cəlb edən Prezident Mohammad Buxari, Zamfara və qonşu əyalətləri “uçuşa qadağan zona” elan etdi və bölgədə mədən fəaliyyətini dayandırdı.

 

 



Әlaqәli Xәbәrlәr