Dominikanın ətraf mühit naziri dostu tərəfindən öldürülüb

Dominikan Respublikasının ətraf mühit naziri Orlando Xorxe Mera silahlı hücum nəticəsində həlak olub.

1838815
Dominikanın ətraf mühit naziri dostu tərəfindən öldürülüb

Nazirin yaxın dostu tərəfindən öldürüldüyü bildirilir.

Prezident Ofisinin yaydığı açıqlamada qeyd edilir ki, nazir yaxın dostu Migel Kruz tərəfindən güllələnib. Hadisəni törədən şəxs saxlanılıb.

Paytaxt Santo-Dominqodakı nazirlik binasına çoxlu sayda polis və təcili yardım işçisi cəlb edilib, bina ciddi nəzarətə götürülüb.

Hadisə şahidləri hücum zamanı 7 atəş səsi eşitdiklərini bildiriblər.



Әlaqәli Xәbәrlәr