Almaniya kansleri Rusiyaya qarşı sanksiyaların davam etdirilmәsinin vacibliyini vurğuladı

Almaniya kansleri Olaf Şolz Avropa İttifaqının Rusiyaya tәtbiq etdiyi sanksiyaların davam etdirilmәsinin vacibliyini vurğulayıb.

1835631
Almaniya kansleri Rusiyaya qarşı sanksiyaların davam etdirilmәsinin vacibliyini vurğuladı

Almaniya kansleri Olaf Şolz Avropa İttifaqının Rusiyaya tәtbiq etdiyi sanksiyaların davam etdirilmәsinin vacibliyini vurğulayıb.

Olaf Şolz  Brüsseldə keçirilən Aİ  liderlәr sammitindәn sonra mətbuat konfransı tәşkil edib.

Sammitdə Aİ-na  üzv ölkələrin Ukraynaya dəstək üçün birgə addımlar atmasının vacibliyini ifadә edәn Olaf Şolz sammitdə Aİ-na üzv ölkәlәrin liderlәrinә  Rusiya prezidenti Vladimir Putinlә keçirdiyi görüş barәdә mәlumat verdiyini qeyd edib.

Olaf Şolz Avropa İttifaqının indiyәdәk  Rusiyaya qarşı beş sanksiya paketi tәtbiq etdiyini  deyib. Rusiyaya qarşı altıncı sanksiya paketinin hazırlandığını ifadә edәn Olaf Şolz sanksiyaların davam etdirilmәsinin vacibliyini qeyd edib. Şolz bildirib ki,  Bu məhdudlaşdırıcı tədbir çərçivəsində Rusiyadan idxal olunan neft və təbii qaza sanksiyanın qoyulması nəzərdə tutulur.

Bunun Rusiyanın iqtisadiyyatı və rifahı üçün ciddi nəticələri olacağını bildirən Olaf Şolz deyib: “Sanksiyaların açıq bir məqsədi var: Rusiyanı bu müharibəni bitirmək və qoşunlarını Ukraynadan çıxarmaq üçün səfərbər etmək və Ukrayna ilə ədalətli sülh razılaşması əldə etmәsini tәmin etmәk’’.



Әlaqәli Xәbәrlәr